Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirus intim əlaqə ilə də keçir– Ötəri münasibətlərdən uzaq durun

Koronavirus intim əlaqə ilə də keçir– Ötəri münasibətlərdən uzaq durun

Tarix: 5 Mart 2020 21:27

Koronavirusun insana təkcə hava-damcı yolu ilə yox, cinsi əlaqə zamanı da ötürülə biləcəyi açıqlandı.

Sonxeber.net medicina.az-a istinadən bildirir ki, bu barədə virusoloq Aleksandr Çepurnov bildirib.

Mütəxəssis izah edib ki, virus intim yaxımlıq zamanı cinsi orqanların selikli qişası və öpüşlə çox asanlıqla keçə bilər.
Hətta həmin vaxt əlaqədə olduğunuz insan tam sağlam görünsə də, arxayın olmaq olmaz.

Xüsusən selikli qişalarında hər hansı zədə, yara olarsa virus orda yuva sala bilir.

"Selikli qişaların üst səthi bütün infeksion xəstəliklər üçün açıq qapıdır. Ona görə də virus təhlükəsi olan ölkələrdə ötəri intim münasibətlərdən uzaq durmaq məsləhətdir. Bu həm qadınlara, həm də kişilərə aiddir".


Etiketlər:  Koronavirus intim əlaqə ilə keçir Ötəri münasibətlərdən uzaq durun


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ