Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya və Türkiyə Suriyada 6 kilometrlik təhlükəsizlik dəhlizi yaradacaq

Rusiya və Türkiyə Suriyada 6 kilometrlik təhlükəsizlik dəhlizi yaradacaq

Tarix: 5 Mart 2020 22:38

Rusiya və Türkiyə Suriyada 6 kilometr uzunluğunda təhlükəsizlik dəhlizi yaradılması haqqında razılığa gəliblər.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə bu gün Kremldə Rusiya və Türkiyə Prezidentləri Vladimir Putin və RəcəbTayyib Ərdoğan arasındakı danışıqların yekunu ilə bağlı imzalanan sənəddə bildirilib.

Qeyd olunub ki, Moskva və Ankara Suriyada Latakiya və Hələbi birləşdirən M4 avtomobil yolunun şimalı və cənubu istiqamətində 6 kilometr uzunluğunda təhlükəsizlik dəhlizinin yaradılması haqqında razılığa gəliblər. Təhlükəsizlik dəhlizinin konkret işlənilməsi parametrlərinin Rusiya və Türkiyə Müdafiə Nazirlikləri bir həftə ərzində razılaşdırmalıdırlar.

Bu gün Moskvada Rusiya və Türkiyə Prezidentləri arasında Suriyanın İdlib əyalətindəki vəziyyətin gərginləşməsi ilə bağlı görüş keçirilib. Görüşdən sonra liderlər birgə mətbuat konfransı keçiriblər.

Milli.Az


Etiketlər:  Rusiya Türkiyə Suriyada kilometrlik təhlükəsizlik dəhlizi yaradacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ