Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Mart 2020 09:35
Müğənni Fədayə Laçın son paylaşımı ilə diqqət mərkəzinə düşüb.
Sonxeber.net xəbər verir ki, müğənni azadlıqdan məhrum olmamışdan öncə idarə etdiyi 99 DF 099 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı lüks avtomobilinin fotosunu sosial şəbəkə hesabından paylaşıb.
Fədayə paylaşımına "Maşın söhbəti yaman getdi haa. Bu mənim sonuncu maşınım olub. Olanda reklam etməmişəm ha, yoxdu deyə paylaşdım. Allah arzusunda olanlara qismət eləsin, mənə də inşəAllah" şərhini yazıb.
Xatırladaq ki, Fədayə Laçın 2017-ci il oktyabrın 30-da həbs olunub, 2019-cu ilin 29 oktyabrında azadlığa çıxıb. İfaçı "Qoca" ləqəbli kriminal aləmin üzvü Etibar Məmmədov və Əli Ağaminin dustaqların aparıldığı xüsusi təyinatlı vaqondan qaçmasında kömək etdiyi üçün həbs olunmuşdu.
Məhəmməd Vaqif