Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ən köhnə messencerlərdən birinin fəaliyyəti dayandırılır

Ən köhnə messencerlərdən birinin fəaliyyəti dayandırılır

Tarix: 21 Aprel 2019 08:31

Tezliklə mesajlarla mübadilə üçün ən köhnə xidmətlərdən biri olan “BlackBerry Messenger”in fəaliyyəti dayandırılacaq. Bu haqda son 3 ildə bu layihəni idarə edən “Emtek” şirkəti məlumat verib.   “ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, 31 may 2019-cu ildən etibarən “BlackBerry Messenger”in fəaliyyəti dayandırılacaq: istifadəçilər köhnə şəkil, mesaj və başqa fayllara baxmaq üçün sözügedən xidməti öz qurğusunda işə sala bilməyəcəklər. Bu məlumatları itirməmək üçün istifadəçilərə yuxarıda göstərilən müddətədək məzmunu yükləmək tövsiyə edilir.   “BlackBerry” şirkətinin rəsmiləri etiraf ediblər ki, messencerlər bazarı çox dinamik inkişaf edir və “BlackBerry Messenger”in istifadəçiləri başqa platformalardan istifadə edirlər.   Emil Hüseynov


Etiketlər:  Ən köhnə messencerlərdən birinin fəaliyyəti dayandırılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ