Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sərhəddə əsgərin ölümü ilə bağlı XİN-dən açıqlama

Sərhəddə əsgərin ölümü ilə bağlı XİN-dən açıqlama

Tarix: 7 Mart 2020 14:04

Bu ilin martın 7-də Qazax rayonunun Daş Salahlı kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidməti vəzifələrini yerinə yetirən zaman əsgərimiz Qarayev Eltun Elman oğlu Ermənistan silahlı qüvvələrinin odlu silahdan açdığı atəş nəticəsində qətlə yetirilib.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Nazirlikdən bildirilib ki, bu qətl həftə ərzində düşmən qüvvələrinin Ermənistan-Azərbaycan sərhədində törətdiyi ikinci qanlı təxribat və cinayət halıdır və onun bütün məsuliyyətini Ermənistan daşıyır.

Azərbaycanın beynəlxalq tanınmış sərhədlərini qoruyaraq, dövlətimizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan heç bir hərbi qulluqçumuzun qanı yerdə qalmayacaq.

Allah şəhidimizə rəhmət eləsin.


Etiketlər:  Sərhəddə əsgərin ölümü ilə bağlı XİN dən açıqlama


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ