Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yer kürəsi daha bir bəla ilə ÜZ-ÜZƏ

Yer kürəsi daha bir bəla ilə ÜZ-ÜZƏ

Tarix: 7 Mart 2020 15:12

Aprel ayının sonunda Yer kürəsinə potensial olaraq təhlükəli asteroid yaxınlaşacaq.

Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) Sonxeber.net-a verilən məlumata görə, astronomlar onun Yer ilə toqquşmasını istisna etmir.

52768 (1998 OR2) nömrəli asteroid planetimizə aprelin 29-da daha çox yaxınlaşacaq. Həmin gün o, Yer kürəsindən 6,29 milyon kilometr məsafədə olacaq. Bu, Yer kürəsindən Aya qədər olan məsafədən 16 dəfə daha çoxdur.

NASA-nın Yerətrafı Obyektlərinin Öyrənilməsi Mərkəzindən bildirilib ki, 1998-ci ildə aşkar edilmiş kosmik obyektin diametri 1,8-4,1 kilometr təşkil edir.

Asteroidin təhlükəli hesab olunmasının səbəbi onun uçuş trayektoriyasının Yer orbitinə keçməsi ilə əlaqədardır. O, Günəş ətrafında 3,68 il ərzində tam dövr edir.


Etiketlər:  kürəsi daha bəla ilə ÜZƏ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ