Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Mart 2020 15:38
"Facebook" şirkəti sosial şəbəkədə tibbi maskaların reklam olunmasına qadağa qoyub.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu qərar koronavirus epidemiyası ilə bağlı artan tələbat nəticəsində möhtəkirlik fəaliyyətinin qarşısını almaq məqsədilə qəbul edilib.
Qeyd olunur ki, sosial şəbəkədə yerləşdirilən reklamlara nəzarət gücləndirilib və maska kimi zəruri avadanlıqların satışından mənfəət əldə etməyə çalışanlar barədə tədbirlər görüləcək.
Bundan əvvəl, "Facebook" "koronavirusdan sağaldan və yoluxmanın qarşısını alan" vasitələrin reklamını qadağan etmiş və virusla bağlı yalan məlumatların qarşısını alacağını bəyan etmişdi.