Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Mart 2020 15:52
Bu gün Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin və Xətai Rayon Polis İdarəsinin əməkdaşları aprel şəhidimiz Müşfiq Orucovun ailəsini ziyarət ediblər.
Polislər 8 Mart bayramı ərəfəsində şəhidin anasını təbrik edib, onun xatirəsini yad ediblər.
Şəhidin atası Arif Orucov torpaqlarımız uğrunda şəhid olan oğullarımızı, onların ailələrini daim yad etdiklərinə görə asayiş keşikçiərinə minnətdarlığını bildirib. "Bu gün ölkəmizdə sabitliyin qorunmasında mühüm rolu olan və cinayətkarlıqla qətiyyətli mübarizə aparan Azərbaycan Polisi şəhidlərimizin xatirəsini əziz tutmaqla gənclərimizi vətənpərbərliyə, vətəni, torpağı sevməyə səsləyir", deyən DİN Mətbuat Xidmətinin əməkdaşı, polis polkovnik leytenantı Hafiz Təmirov tezliklə torpaqlarımızın işğaldan azad olunacağını və o gün şəhidlərimizin ruhunun sevinəcəyinə inamını ifadə etdi.
Görüşdə iştirak edən Azərbaycan Dillər universitetinin əməkdaşı Aynur Səfərli də öz növbəsində polisimizin bu nəcib addımını yüksək qiymətləndirib və bu ənənənin davam edəcəyinə ümidvar olduğunu deyib.