Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aşağı təzyiq nədən xəbər verir?

Aşağı təzyiq nədən xəbər verir?

Tarix: 7 Mart 2020 19:12

Təzyiqin yüksək olması kimi, aşağı olması da problemdir. Aşağı təzyiq bir çox xəstəliklərin əlaməti ola bilər. Təzyiqin 90/60-dan az olması aşağı təzyiq kimi qiymətləndirilir. Təzyqin aşağı olmasının səbəbləri sırasında hamiləlik, maye itkisi, ishal, bəzi dərmanların qəbulu, orqanizmdə olan bir sıra infeksiyalar göstərilir.

Bir çox hallarda təzyiqin enməsi hiss edilmiəsə də, bu hala xarakterik xüsusiyyətlər kimi başgicəllənmə, yorğunluq, gözqaralması, ürəkbulanma, ayaqüstdə dayana bilməmək, iştahanın azalması, bayılma qeyd olunur.

Təzyiqin aşağı olması böyrəklərə, damarlara, ağciyərə və beyinə ciddi ziyan vura bilər.

Yuxarı təzyiq kimi aşağı təzyiqin də ən çox zərər verdiyi həyati vacib orqanın böyrəklər olduğu vurğulanır. Ona görə də təzyiqin aşağı olduğu hallarda mütləq həkimə müraciət edilməlidir. Mütəxəssislər səbəbi tapandan sonra təzyiqi normallaşdırmaq üçün müalicələr təyin edilər. Bununla yanaşı, təzyiqi təbii yollarla, eləcə də bəzi qidalarla qaldırmağın mümkün olduğu bildirilir.

Həmin qidalar hansılardır?

Bur sırada ilk olaraq bal gəlir. Göyərtilərdən isə reyhanın belə bir özəlliyinin olduğu deyilir. Reyhanı qaynadıb suyunu bal ilə qarışdıraraq gündə bir stəkan içəndə effektinin tez bir zamanda özünü göstərdiyi bildirilir.

Bundan başqa, təzyqinin aşağı olduğu hallarda bol su içmək, kişmiş, acqarına 5-6 ədəd badam yemək, duz qəbulunu artırmaq, bundan başqa, yatanda başın nisbətən yüksəkdə qoyulması, qəfil qalxma, enmə hərəkətlərindən yayınmaq tövsiyə olunur.

Milli.Az


Etiketlər:  Aşağı təzyiq nədən xəbər verir


RƏYLƏR