Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Gimnastlarımız paralel qollarda “AGF Junior Trophy” beynəlxalq turnirinin finalına yüksəliblər

Gimnastlarımız paralel qollarda “AGF Junior Trophy” beynəlxalq turnirinin finalına yüksəliblər

Tarix: 7 Mart 2020 19:46

Azərbaycanlı gimnastlar Ramin Dəmirov (12.600 xal) və Rəsul Əhmədzadə (12.400 xal) paralel qollarda Kişi idman gimnastikası üzrə "AGF Junior Trophy" beynəlxalq turnirinin finalına yüksəliblər.

Milli.Az Trend-ə istinadən bildirir ki, Kerem Şener (Türkiyə), Huanq Yen-Çanq (Çin Taybeyi), Mert efe Kiliçer (Türkiyə), Radomir Stelmax (Ukrayna), Nazar Vasilkovski (Ukrayna) və Çuang Çia-Lunq (Çin Taybeyi) finala yüksəliblər.

Azərbaycan gimnastları Mənsum Səfərov (11.550 xal, 16-cı yer) və Anar Həsənov (9.650 xal, 22-ci yer) finala çıxa bilməyiblər.

Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyası ilk dəfə olaraq kişi idman gimnastikası üzrə "1-ci AGF Junior Trophy" adlı beynəlxalq turnir təşkil edir. Milli Gimnastika Arenasında keçiriləcək yarışda gənclər yaş qrupuna daxil olan 2003-2006-cı il təvəllüdlü gimnastlar öz bacarıqlarını nümayiş etdirəcəklər.

"AGF Junior Trophy" 27-31 may tarixində elə Milli Gimnastika Arenasında təşkil ediləcək kişi idman gimnastikası üzrə Avropa Çempionatından öncə gənc gimnastlar üçün bir növ sınaq turniri rolunu oynayır.

Azərbaycanı turnirdə Ramin Dəmirov, Mənsum Səfərov, Anar Həsənov, Rəsul Əhmədzadə və Ağakazım Rüstəmov təmsil edir.

Anar Həsənov və Rəsul Əhmədzadə fərdi çoxnövçülükdə, Ağakazım Rüstəmov sərbəst hərəkətlərdə və dəstəli at üzərində hərəkətlərdə, Mənsum Səfərov sərbəstə hərəkətlərdə, halqalarla hərəkətlərdə, dayaqla tullanmada, paralel qollarda və turnik üzərində hərəkətlərdə, Ramin Dəmirov dəstəli at üzərində, halqalarla hərəkətlərdə, dayaqla tullanmada, paralel qollarda və turnik üzərində hərəkətlərdə çıxış edəcək.

Yarışda, həmçinin azərbaycanlı gimnast Səməd Məmmədli müsabiqədən kənar olaraq iştirak edir.

Milli.Az


Etiketlər:  Gimnastlarımız paralel qollarda AGF Junior Trophy beynəlxalq turnirinin finalına yüksəliblər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ