Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aqil Məmmədova hipoksiya diaqnozu qoyuldu

Aqil Məmmədova hipoksiya diaqnozu qoyuldu

Tarix: 8 Mart 2020 00:52

Premyer Liqanın 20-ci turunda "Sabah” matçın (4:0) ikinci hissəsində səhhəti pisləşərək əvəzlənən "Neftçi"nin qapıçı Aqil Məmmədovun vəziyyətinə aydınlıq gəlib.
 
Qol.az klubun saytına istinadən xəbər verir ki, stress nəticəsində yaranmış təngənəfəslik ilkin yardım göstərildikdən sonra da tam keçmədiyinə görə əvəzlənmiş qapıçı oyundan sonra tam müayinədən keçmək üçün klinikaya aparılıb. Fiziki və klinik müayinələrdən sonra stress fonunda əmələ gələn hipoksiya diaqnozu qoyulub.

Həkimlərin rəyinə görə, hazırda qapıçının vəziyyəti stabildir və o, bir-iki günlük istirahətdən sonra məşqlərə qoşulacaq.

Xatırladaq ki, A.Məmmədov 59-cu dəqiqədə meydanı xərəkdə tərk edib. Onu Səlahət Ağayev əvəzləyib.

 

 


Etiketlər:  Aqil Məmmədova hipoksiya diaqnozu qoyuldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ