Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Mart 2020 09:30
Prodüser Tolik "Hər şey daxil" verilişinin bağlanmasından danışıb.
Sonxeber.net Ölkə.az-a istinadən xəbər verir ki, o, Ruhi Əliyevanın təşəbbüsü ilə çəkilən "Ağır Romantik" filminin qala gecəsində, jurnalistlərin suallarını cavablandırıb.
"Elza xanım canlı yayıma bağlanmaq istədi və mən bunu təşkil etdim. O, Mətanət Əsədovanın oxuduğu mahnıdan bir sitat gətirdi. "At ilə ulaq məsələsi". O, "Mətanət xanım at ola-ola, özünü ulaq yerinə qoyub" ifadəsini işlətdi, bu da Mətanət xanımın xoşuna gəlmədi. O da Elza Seyidcahana qarşı qeyri - etik söz istifadə etdi. Buna görə də Murad müəllim veriliş bitən kimi böyük bir iclas etdi. İclasda verilişin bağlanmasına qərar verildi. Əsas hər şey yaxşı bitdi. Çox xoşbəxtəm ki, mən yenə də "Xəzər" ailəsinin üzvüyəm ",- deyə o, bildirib.
Sonda Tolik müğənnilərə ismarıc göndərməyi də unutmayıb.
"Buradan müğənnilərə demək istəyirəm ki, mən sizin hər birinizi yaxşı tanıyıram, iç üzünüzü bilirəm. Amma bu dəfə mən sizin qurbanınız oldum. Sizin tərbiyəsizliyinizin qurbanına çevrildim", - deyə prodüser vurğulayıb.
Qeyd edək ki, "Hər şey daxil" verilişində Elza Seyidcahan və Mətanət Əsədova arasında qalmaqal yaşanıb. Bundan sonra kanalın rəhbəri Xalq artisti Murad Dadaşov verilişin bağlanması haqqında qərar verib.