Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Mart 2020 10:28
Paraqvayda Braziliya millisinin sabiq hücumçusu, “Qızıl top”un sahibi Ronaldinyo və onun qardaşı Roberto de Assis Moreyra barədə məhkəmə hökmü çıxarılıb.
Qol.az xarici mediaya istinadla yazır ki, saxta sənədlərin düzəldilməsində ittiham olunan futbolçu barədə 6 aylıq həbs qərarı verilib. Bu müddətdə istintaq aparılacaq.
Məhkəmə həbsin ev dustaqlığı ilə əvəzləməsi barədə vəsatəti təmin etməyib. Hakimlər bildiriblər ki, belə bir hökm çıxarılsa, qardaşlar vətənlərinə qaça, Braziliya isə onları geri qaytarmaya bilər.
Xatırladaq ki, Ronaldinyo və qardaşı Paraqvay aeroportunda saxta pasport təqdim edərkən saxlanılıblar.
Əlavə edək ki, Braziliyada Ronaldinyonun 57 obyekti bloklanıb. Buna onun mülk tikintisi zamanı ekologiyaya vurduğu zərərə görə prokurorluğun çıxardığı 2,3 milyon avroluq cəriməni ödəməməsi səbəb olub.