Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qonşu ölkə səhəri pis xəbərlə açdı: 1 ölü, 9 yaralı - FOTO

Qonşu ölkə səhəri pis xəbərlə açdı:  1 ölü, 9 yaralı - FOTO

Tarix: 8 Mart 2020 11:14

Türkiyənin Konya vilayətində iki minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az Avtosfer.az-a istinadən xəbər verir ki, insident ötən gün axşam saatlarında Seydişehir - Konya trasının 5-ci kilometrliyində qeydə alınıb.

Məlumata görə, 30 yaşlı İsmayıl Kavalcanın idarə etdiyi 26 KN 298 qeydiyyat nömrə nişanlı "Tofaş" markalı minik avtomobili, naməlum səbəblərdən yolun əks istiqamətindən gələn 26 yaşlı Durmuş Əli Karalın idarə etdiyi 42 BFS 62 qeydiyyat nömrə nişanlı yüngül ticarət maşını ilə toqquşub. Zərbənin təsirindən "Tofaş" işıq dirəyinə çırpılaraq deformasiyaya uğrayıb. Ticarət maşını isə aşıb.

Nəticədə minik avtomobilinin sürücüsü hadisə yerində dünyasını dəyişib. Hər iki nəqliyyat vasitəsində olan 9 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə ərazidə yerləşən xəstəxanalara çatdırılıblar.

Polis qəza ilə bağlı araşdırmalara başlayıb.

Milli.Az


Etiketlər:  Qonşu ölkə səhəri xəbərlə açdı ölü yaralı FOTO


RƏYLƏR