Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bəşər Əsəd üçün gözlənilməz təhlükə - İranlılar virusu onun qərargahına daşıdılar

Bəşər Əsəd üçün gözlənilməz təhlükə - İranlılar virusu onun qərargahına daşıdılar

Tarix: 8 Mart 2020 12:04

Suriyada Rusiya, İran və rejimin birgə istifadə etdiyi qərargahda 10 İran əsgərində koronavirus aşkar edilib.

Sonxeber.net Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, iddiaya görə, 10 İran əsgərində koronavirus müəyyən edildikdən sonra əsgərlər Şamda karantinə alınıb və qərargah isə boşaldılıb.

İran Çində yaranan və qısa müddətdə bütün dünyaya təsir edən koronavirusun ən çox təsir etdiyi ölkələrdən biridir. İranda koronavirusa tutulanlar arasında dövlət məmurlarının və əsgərlərin çox olması diqqət çəkir.

Qeyd edək ki, indiyədək İranda 145 nəfər koronavirusdan həyatını itirib, 5 minədək insan bu xəstəliyə yoluxub. 913-ü sağalaraq evə buraxılıb. Epidemiya səbəbindən məktəblər, universitetlər, idman və sənət fəaliyyətləri 20 marta qədər ləğv edilib.


Etiketlər:  Bəşər Əsəd üçün gözlənilməz təhlükə İranlılar virusu onun qərargahına daşıdılar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ