Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyəli gimnast paralel qollarda hərəkətlərdə ''AGF Junior Trophy'' beynəlxalq turnirinin qızıl medalını qazanıb

Türkiyəli gimnast paralel qollarda hərəkətlərdə ''AGF Junior Trophy'' beynəlxalq turnirinin qızıl medalını qazanıb

Tarix: 8 Mart 2020 14:58

Türkiyəli gimnast Mərt efe Kiliçer (12.700 xal) kişi idman gimnastikası üzrə birinci "AGF Junior Trophy" beynəlxalq turnirində paralel qollarda hərəkətlərdə qızıl medal qazanıb.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, ikinci yerdə Çinin Taybey şəhərini təmsil edən Huanq Yen-Çanq (12.650 xal), üçüncü yerdə isə Ukraynanı təmsil edən Nazar Vasilkovski (12.550 xal) qərarlaşıblar.

Azərbaycan gimnastları Rəsul Əhmədzadə (12.400 xal) və Ramin Dəmirov (12.200 xal) 4-cü və 7-ci yerləri tutublar.

Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyası ilk dəfə olaraq kişi idman gimnastikası üzrə "1-ci AGF Junior Trophy" adlı beynəlxalq turnir təşkil edir. Milli Gimnastika Arenasında keçiriləcək yarışda gənclər yaş qrupuna daxil olan 2003-2006-cı il təvəllüdlü gimnastlar öz bacarıqlarını nümayiş etdirəcəklər.

"AGF Junior Trophy" 27-31 may tarixində elə Milli Gimnastika Arenasında təşkil ediləcək kişi idman gimnastikası üzrə Avropa Çempionatından öncə gənc gimnastlar üçün bir növ sınaq turniri rolunu oynayır.


Etiketlər:  Türkiyəli gimnast paralel qollarda hərəkətlərdə Junior Trophy beynəlxalq turnirinin qızıl medalını qazanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ