Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"AGF Junior Trophy" beynəlxalq turnirinin turnik üzərində hərəkətlərdə qalibləri müəyyənləşib

Tarix: 8 Mart 2020 15:06

Bu gün Bakıda Milli Gimnastika Arenasında kişi idman gimnastikası üzrə birinci "AGF Junior Trophy" beynəlxalq turnirinin turnik üzərində hərəkətlərdə qalibləri müəyyənləşib.

Milli.Az Trend-ə istinadən bildirir ki, birinci yerdə Ukraynanı təmsil edən Vladimir Kostyuk (13.000 xal), ikinci yerdə Çinin Taybey şəhərini təmsil edən Çuanq Çia-Lunq (12.500 xal), üçüncü yerdə isə Türkiyəni təmsil edən Hasan Bulut (12.400 xal) qərarlaşıblar.

Azərbaycan gimnastları Mənsum Səfərov (12.100 xal) və Rəsul Əhmədzadə (11.900 xal) 4-cü və 5-ci yerləri tutublar.

Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyası ilk dəfə olaraq kişi idman gimnastikası üzrə "1-ci AGF Junior Trophy" adlı beynəlxalq turnir təşkil edir. Milli Gimnastika Arenasında keçiriləcək yarışda gənclər yaş qrupuna daxil olan 2003-2006-cı il təvəllüdlü gimnastlar öz bacarıqlarını nümayiş etdirəcəklər.

"AGF Junior Trophy" 27-31 may tarixində elə Milli Gimnastika Arenasında təşkil ediləcək kişi idman gimnastikası üzrə Avropa Çempionatından öncə gənc gimnastlar üçün bir növ sınaq turniri rolunu oynayır.

Milli.Az


Etiketlər:  AGF Junior Trophy beynəlxalq turnirinin turnik üzərində hərəkətlərdə qalibləri müəyyənləşib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ