Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Mart 2020 16:48
Əksəriyyətin doğruluğuna şübhə etdiyi bir sıra əfsanə düşüncələr var. Ancaq əslində heç də onlar bilinən kimi deyilmiş.
Sonxeber.net Lent.az-a istinadən beyinlərə həkk olunan bir neçə düşüncənin əslində necə olduğunu təqdim edir.
1. Kola dişləri məhv edir.
Əslində: Dişin çürüməsinə kolanın tərkibində olan fosfor və karbon elementlər səbəb olur. Bu maddələr digər limonadlarda da mövcuddur.
2. Saqqızı udsanız 7 il mədənizdə qalacaq.
Əslində: Yapışqanlığına görə mədə suyunun təsiri ilə həll olunmasa da, saqqız təbii yollarla orqanizmdən xaric olunur.
3. Televizora yaxından baxmaq gözləri kor edir.
Əslində: Bunun üçün hər hansı sübut və səbəb yoxdur. Ancaq televizora uzun müddət yaxından baxmaq gözləri yorur.
4. Antibiotiklər virusları öldürür.
Əslində: Antibiotiklər bildiklərimizin tam əksinə, bakteriyaları yox etməyə, yaxud onların çoxalmasının qarşısını almağa kömək edir.
5. Yarasalar kordur.
Əslində: Yarasalar yerləri təsbit etmək üçün səslərinin əks-sədası ilə hərəkət edirlər. Ancaq gecələr müəyyən işıqlar olsa da, yuvalarından çıxırlar.