Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Mart 2020 18:26
Mart ayının 8-i Moskvada meteoroloji müşahidələr tarixində ən isti gün kimi qeydə alınıb. İstilik rekordu artıq səhər tezdən qırılıb.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu "Fobos" hava mərkəzinin əməkdaşı Aleksandr Sinenkov deyib.
"Artıq səhər saat 5-də meteoroloji stansiyada temperatur 8.5 dərəcə idi. Bu da 2014-cü ildə qeydə alınmış rekord temperaturdan 0.2 dərəcə çoxdur", - Sinenkov bildirib.
Sinoptik gündüz saatlarında temperaturun daha da yüksələcəyini qeyd edib.