Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bolt taksi servisi Avropanın sürətlə böyüyən 3 şirkəti reytinqinə daxil oldu

Bolt taksi servisi Avropanın sürətlə böyüyən 3 şirkəti reytinqinə daxil oldu

Tarix: 8 Mart 2020 21:20

Estoniyanın Bolt taksi servisi Avropanın sürətlə böyüyən 3 şirkəti reytinqinə daxil olub. Bu barədə Financial Times saytı xəbər verib. Reytinqi tərtib etmiş mütəxəssislər sözügedən reytinqə daxil olmuş şirkətlərin 2015 və 2018-ci illərdə əldə etdikləri gəlirləri müqayisə ediblər. Beləliklə məlumata əsasən Bolt taksi servisi 2015-ci ildə 610.000 avro, 2018-ci ildə isə 79.7 milyon avro gəlir əldə etmişdi.

Beləliklə servis 3 il ərzində öz gəlirini 12860% yüksəldə bilib. Bu cür göstərici ilə Bolt Avropanın sürətlə böyüyən şirkətləri arasında üçüncü yerdə qərarlaşıb. Birinci yeri İngiltərənin kiçik və orta biznes üçün nəzərdə tutulmuş OakNorth Bank-ı, ikinci yeri isə Finlandiyanın yemək sifarişi servisi Wolt tutur. OakNorth Bank 3 il rəzində öz gəlirini 37423%, Wolt servisi isə 15642% yüksəldib.

3 il ərzində OakNorth Bank-da ümumi illik ortalama böyümə tempi 623%, Wolt-da 440%, Bolt-da isə 407.4% təşkil edib. Qeyd etmək lazımdır ki, Bolt taksi servisi 2013-cü ildə Estoniyanın paytaxtı olan Tallində istifadəyə verilmişdi. Daha öncə bu taksi servisi Taxify adlanırdı. Məlumata əsasən Bolt-dan 35 ölkədən çox regionda 30 milyondan çox insan istifadə edir. Şirkət ilə həmçinin 1 milyondan çox sürücü əməkdaşlıq edir.

Milli.Az


Etiketlər:  Bolt taksi servisi Avropanın sürətlə böyüyən 3 şirkəti reytinqinə daxil oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ