Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sosial şəbəkə hesablarına güvənli şifrə qoymağın yolları

Sosial şəbəkə hesablarına güvənli şifrə qoymağın yolları

Tarix: 8 Mart 2020 23:36

Sosial media hesablarının təhlükəsizliyi insanların çox önəm verdikləri məsələlərdəndir. Bəs sosial şəbəkə hesablarını yetərincə güvəndə saxlamaq üçün nələrə diqqət etmək lazımdır?

Sonxeber.net ted.az-a istinadən bildirir ki, bunun üçün öncə sosial şəbəkə hesablarına xüsusi qəliz parollar qoyulmalıdır. Çətin parol dedikdə başqalarının asanlıqla tapa bilməyəcəyi parollar nəzərdə tutulur. Məsələn, şifrə qoyarkən aşağıdakı qaydalara riayət etmək lazımdır:

- Şifrənizi kimsə ilə paylaşmayın.

- Qırılması çətin olan parollardan istifadə edin, qarışıq simvollara üstünlük verin. Məsələn, böyük hərf, kiçik hərf və rəqəmləri qarışıq şəkildə istifadə edin. Hətta "?", "!" kimi simvollardan yararlanmaqda da fayda var. Məsələn, "oRneK158!".

- Ən azı 8 simvoldan istifadə edin.

- Simvolları təkrarlamayın. Məsələn, "123123" şifrəsi asanlıqla tapıla bilər.

- Çox insanın istifadə etdiyi şifrələrdən qaçın. Məsələn, çoxları sosial şəbəkə hesablarında ad, yaş və digər əlamətləri bildirən simvollardan istifadə edir.

- Sizin üçün əsas olan hansısa cümlənin baş hərflərindən istifadə edin.

- Sözlərdə bəzi hərflərin yerinə, oxşar rəqəmlərdən yararlanın. Məsələn, "başlanğıc" sözünün əvəzinə "8aş1Ang1c" yaza bilərsiniz.

- Yalnız sosial şəbəkə hesabınız deyil, email adresinizin güvənli olması da önəmlidir. Elektron poçt ünvanınız ələ keçirilsə, digər sosial şəbəkə hesablarınızı qırmaq o qədər çətin olmayacaq.

- Hesabınıza başqa cihazlardan da daxil olmusunuzsa, mütləq çıxış verin.


Etiketlər:  Sosial şəbəkə hesablarına güvənli şifrə qoymağın yolları


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ