Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çində koronavirusa yoluxmuş 100 yaşlı kişi sağalıb

Çində koronavirusa yoluxmuş 100 yaşlı kişi sağalıb

Tarix: 9 Mart 2020 09:22

Çinin Hubey əyalətində koronavirusa yoluxmuş 100 yaşlı kişi sağalaraq xəstəxanadan buraxılıb. 

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə "Sinxua" xəbər agentliyi məlumat yayıb.

Bildirilib ki, COVID-19-a yoluxan bu şəxs sağalan ən yaşlı xəstədir. 

Qeyd edək ki, 100 yaşlı kişidə koronavirus infeksiyası əlamətləri fevralın 24-də qeydə alınıb.

Müalicə zamanı xəstəyə yalnız standart antiviral terapiyada deyil, həm də ənənəvi Çin təbabəti tətbiq edilib.


Etiketlər:  Çində koronavirusa yoluxmuş yaşlı kişi sağalıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ