Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Afaqı Azərbaycanın Monikası adlandırdılar - VİDEO

Afaqı Azərbaycanın Monikası adlandırdılar - VİDEO

Tarix: 9 Mart 2020 12:20

8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə şou-biznesin tanınmış kişiləri xanımları təbrik ediblər.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, onları "ATV maqazin onlarla" verilişi lentə alıb.

Müğənni Əkbər Əliyev Roza Zərgərlini gül dəstəsi ilə təbrik edib. Roza bildirib ki, Əkbərlə 20 ildir dostdur.

Müğənni Ceyhun Əliyev isə aparıcı Afaq Gəncəlini təbrik edib. O, "Kişilərə fürsət düşür ki, bu bayram xanımları təbrik etsin. Qırmızı güllər romantik xanımlar üçündür və şirin xanımlara özəldir" deyərək, Afaqa gül dəstəsi, şokolad və ətir bağışlayıb. O, Afaqı Azərbaycanın Monika Belluççisi adlandırıb.

Müğənni Yaşar Yusub isə aparıcı Vüsalə Əlizadəyə bayram hədiyyəsi verib.


Etiketlər:  Afaqı Azərbaycanın Monikası adlandırdılar VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ