Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Mart 2020 20:06
Qananın mərkəz hissəsində 2 avtobusun toqquşması nəticəsində ən azı 27 nəfər ölüb.
Trend-in məlumatına görə, bu barədə "Daily Graphic" nəşri yerli hakimiyyət orqanlarına istinadən bildirib.
Hadisə bu gün səhər saatlarında Bono-İst bölgəsində Kavampe və Davadava şəhərləri arasında səhər baş verib
Qəzada adi avtobus və sərnişinlərdən əlavə bibər torbaları daşıyan "Sprinter" mikroavtobusu iştirak ediblər. Baş verən toqquşma nəticəsində hər iki avtobus yanıb.
Bildirilib ki, ölənlərin cəsədləri tamamilə yanıb. Bir neçə yaralana şəxs xəstəxanaya yerləşdirilib.