Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

14 milyon insanın əziyyət çəkdiyi xəstəlik...

14 milyon insanın əziyyət çəkdiyi xəstəlik...

Tarix: 9 Mart 2020 21:51

Ürəyin işemik xəstəliyi (miokard işemiyası) geniş yayılmış bir patologiyadır. Təkcə Amerika Birləşmiş Ştatalarında 14 milyon insan bu xəstəlikdən əziyyət çəkir.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, sizin koronar arteriyalarınız urəyinizi qidalandıran və oksigenlə təchiz edən damarlardır. Bu damarların piy hissəcikləri ilə tutulması və ya hər hansı bir formada zədələnməsi ürəyinizin qidalanmasını pozur. Nəticədə ürəyiniz daha az oksigen və qidalı maddələr alır. Bunun əlamətləri olan sinədə ağrı, tənginəfəslik meydana çıxır.

Simptomlar

- Sinədə ağrı (angina). Sinədə təzyiq və sıxıntı hiss edə bilərsiniz. Fiziki və emosional stress zamanı ağrı artır. Bu hissiyyat adətən onu yaradan səbəbi aradan qaldırandan sonar bir neçə dəqiqə ərzində keçib gedir. Bəzən bu ağrı qarında, kürəkdə və ya qarında da ola bilir.

- Tənginəfəslik. Əgər ürəyiniz bədəninizi qidalandıracaq qədər qanı damarlarla orqanizminizə qova bilmirsə onda tənginəfəslik əmələ gəlir.

- Miokard infarktı. Əgər koronar arteriyalar tam tutulursa miokard infarktı əmələ gəlir.Klassik simptomlarç sinədə dağıdıcı ağrı, çiyində və qolda ağrıdır. Bəzən tənginəfəslik və tərləmə də əmələ gəlir. Bəzi hallarda ürəkbulanma da əmələ gəlir. Nadir hallarsa xəstəlik tam simptomsuz keçir.

Həkimə nə zaman getməli...

Təcili! Miokard infaktından şübhələnirsinizsə təcili həkimə müraciət etməlisiniz. Təcili yardıma zəng vurun, və ya kimdənsə xahish edin sizi həkimə aparsın, özünüz maşını sürməyin.

Əgər sizdə risk faktorları varsa (yüksək xolesterol, diabet,piylənmə, yüksək təzyiq) mütləq həkiminizlə məsləhətləşin.

Səbəblər

Koronar arteriya xəstəlikləri koronar arteriyanın daxili səthinin zədələnməsi ilə başlanır. Bir sıra faktorlar buna səbəb ola bilər:

- Siqaret çəkmə

- Yüksək təzyiq

- Yüksək xolesterol

- Diabet

- Xərcəng xəstəliklərində şüa terapiyası

Damarlar zədələndikdən sonar piy dənəcikləri və digər hüceyrə metabolizmi məhsulları zədələnmiş hissədə toplanmağa başlayır və ateroskleroz belə yaranır. Sonradan bu piy depozitləri parçalanırsa trombositlər dammar divarını bərpa etməyə çalışırlar və damarın tam tutulmağına səbəb olurlar.


Etiketlər:  milyon insanın əziyyət çəkdiyi xəstəlik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ