Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Mart 2020 07:12
Altı Avropa İttifaqı (Aİ) ölkəsi arasında Kibernetik Sürətli Reaksiya Qüvvələrinin (CRRTs) yaradılması haqqında memorandum imzalanıb. Bu barədə "BNS" agentliyi Litva Müdafiə Nazirliyinin nümayəndələrinə istinadən məlumat verib.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, Litvanın rəhbərlik etdiyi birliyə Niderland, Polşa, Rumıniya, Xorvatiya və Estoniya daxildir. Daha yeddi ölkə (Fransa, İtaliya, İspaniya, Belçika, Finlandiya, Yunanıstan və Sloveniya) qrupa müşahidəçi statusunda qoşulub.
Məlumata görə, müvafiq sənəd Xorvatiyanın paytaxtı Zaqrebdə Avropa İttifaqı Müdafiə nazirlərinin qeyri-rəsmi görüşü zamanı altı ölkə nümayəndələri tərəfindən imzalanıb. Sənəddə kiberqoşunların fəaliyyəti üçün hüquqi əsas təsvir olunub, eləcə də beynəlxalq komandaların iş mexanizmi, onların rolu və hüquqi statusu müəyyənləşdirilib.
Saziş hər dövlətdə haker təhdidlərini virtual izləyərək onlara vaxtında reaksiya verəcək hərbçi və mülki mütəxəssislərin iştirakı ilə beynəlxalq mərkəzin yaradılmasını nəzərdə tutur. Zərurət yaranacağı təqdirdə ekspertlər kibertəhdidlərin aradan qaldırılması və araşdırılmaların aparılması üçün virtual ilə yanaşı, fiziki qoşulacaqlar.