Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya İstintaq Komitəsində kibercinayətlərin təhqiqi üzrə şöbə yaradılıb

Rusiya İstintaq Komitəsində kibercinayətlərin təhqiqi üzrə şöbə yaradılıb

Tarix: 10 Mart 2020 08:56

Rusiya İstintaq Komitəsində yüksək texnologiyalar sahəsində kibercinayətlərin və cinayətlərin araşdırılması üzrə şöbə yaradılıb.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, Baş İstintaq İdarəsinin tərkibində yeni bölmənin yaradılması haqqında əmr ötən ilin dekabrında Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin tərəfindən imzalanıb. Şöbənin müstəntiqləri xüsusi spesifikliyi ilə seçilən cinayətlərin araşdırılmasında ixtisaslaşıblar.

Məlumata görə, qərar son illər Rusiyada kibercinayətlərin sayının artması ilə əlaqədar qəbul edilib. Məsələn, 2018-ci ildə Rusiyada belə kiberhücumların sayı 170 min olduğu halda 2019-cu ilin üç rübü ərzində bu rəqəm 200 min təşkil edib.

Komitənin məlumatında deyilir ki, kibercinayətlər araşdırılması baxımından xüsusi mürəkkəbliyi ilə fərqlənir ki, bu da onların təkcə öz spesifikliyi və qeyri-aşkarlığı ilə deyil, həm də regionlararası və beynəlxalq xarakter daşıması ilə əlaqədardır.


Etiketlər:  Rusiya İstintaq Komitəsində kibercinayətlərin təhqiqi üzrə şöbə yaradılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ