Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çində koronavirusa yoluxanların 70%-dən çoxu sağalıb

Çində koronavirusa yoluxanların  70%-dən çoxu sağalıb

Tarix: 10 Mart 2020 09:28

Çində yeni növ koronavirus infeksiyasına yoluxanların 70%-dən çoxu tam sağalıb.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sədri Tedros Adanom Gebreyesus brifinq zamanı bildirib.

"Çində qeydə alınmış 80 min yoluxma hallarının 70%-dən çoxu yeni növ koronavirus infeksiyasından xilas olub", - təşkilat sədri belə deyib.

ÜST-ün hesablamalarına görə, bu rəqəm 58,6 mindən çoxdur. Bundan əlavə, Çində virus nəticəsində ölənlərin 20%-i 80 yaşdan yuxarı insanlardır, ürək-damar xəstəliklərindən əziyyət çəkənlər arasında 13%, diabet xəstələri arasında 9%, tənəffüs problemi olan insanlar arasında isə 8% ölüm halları qeydə alınıb. Xərçəng xəstələrində isə 7,5% ölüm baş verib.


Etiketlər:  Çində koronavirusa yoluxanların dən çoxu sağalıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ