Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Mart 2020 11:36
Çin rəhbəri Si Cinpin koronavirusun episentri olan Uhan şəhərinə səfər edib.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, S.Cinpin səfər zamanı şəhərdə virusla mübarizə çərçivəsində aparılan tədbirlərlə tanış olacaq.
Onun həkimlərlə, sosial işçilərlə, polis, hərbçi və könüllülərlə görüşəcəyi deyilir.
Qeyd edək ki, Çində yeni koronavirusa yoluxma hallarının sayı 80 754-ə çatıb, onlardan 3113 nəfər ölüb, təqribən 60.000 xəstə sağalıb və xəstəxanadan evə buraxılıb.