Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mikroavtobus 3 maşınla toqquşdu: 4 yaralı - FOTO

Mikroavtobus 3 maşınla toqquşdu: 4 yaralı - FOTO

Tarix: 10 Mart 2020 12:50

Mingəçevirdə 3 minik maşını və mikroavtobusun iştirakı ilə zəncirvari qəza baş verib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında şəhərin M.Maqomayev küçəsində qeydə alınıb. Qəzada üç "VAZ" markalı minik maşını, bir sərnişin daşıyan mikroavtobus iştirak edib. 

Yol-nəqliyyat hadisəsi nəticəsində 4 nəfər - 40 yaşlı Natiq Əhmədov, onun həmyaşıdı Eldəniz İmanov, 28 yaşlı Fədai İbadov və 27 yaşlı Samir Cəfərli müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib. 

Qəzanın başvermə səbəbləri araşdırılır.


Etiketlər:  Mikroavtobus maşınla toqquşdu yaralı FOTO


RƏYLƏR