Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

AŞPA-nın iclasları da təxirə salındı - Koronavirusa görə

AŞPA-nın iclasları da təxirə salındı - Koronavirusa görə

Tarix: 10 Mart 2020 13:34

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iclasları təxirə salınıb.

Sonxeber.net Day.Az-a istinadən bildirir ki, bu barədə strukturun rəsmi saytında qeyd edilib.

Məlumatda bildirilir ki, hazırda sürətlə yayılan koronavirus səbəbindən AŞPA-nın və köməkçi strukturlarının martın sonuna qədər nəzərdə tutulmuş bütün iclaslarının təxirə salınması barədə qərar qəbul edilib.

Təxirə salınan tədbirlər siyahısına Parisdə keçiriləcək hüquqi məsələlər üzrə komitənin iclası (10 mart), sosial məsələlər üzrə komitənin iclası (12 mart), mədəniyyət məsələləri üzrə komitənin iclası (16 mart), miqrasiya məsələləri üzrə komitənin iclası (19 mart), bərabərlik üzrə komitənin iclası (20 mart) və Ankarada keçirilməli olan monitorinq üzrə komitənin iclası (30-31 mart) daxildir.

Qərar Fransa və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyələri əsasında qəbul edilib.  

Eləcə də, AŞPA nümayəndə heyətlərinin vacib səfərlər istisna olmaqla, bütün ezamiyyətləri təxirə salınıb.


Etiketlər:  AŞPA nın iclasları təxirə salındı Koronavirusa görə


RƏYLƏR