Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Mart 2020 15:30
İranda ötən sutka ərzində 881 nəfər yeni koronavirusa (COVID-19) yoluxub.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mәtbuat xidmәtinin müdiri Kiyanuş Cahanpur deyib.
K.Cahanpurun sözlərinə görə, ümumilikdə İranda bu virusa yoluxanların sayı 8 042 nəfərə çatıb.
Cahanpur əlavə edib ki, ötən sutka ərzində 54 nəfər dünyasını dəyişib və ümumilikdə ölənlərin sayı 291 nəfərə çatıb.
Nazirlik rәsmisi 2 731 nәfәrin sağaldığını deyib.