Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Mart 2020 15:36
Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən ticarət mərkəzlərinin birində pedofil yeniyetməyə təcavüz edib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, 13 yaşlı qız mağazaların birinin soyunub-geyinmə otağında təcavüzə uğrayıb.
Bu barədə qızın atası hüquq-mühafizə orqanlarına məlumat verib.
Hadisə baş verən əraziyə gələn əməliyyatçılar şübhəli şəxsin görüntülərini əldə ediblər.
Həmin şəxsin kimliyi müəyyən edilib.
Faktla bağlı araşdırma davam edir.