Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Həkim həkimi xəstəxanada ÖLDÜRÜB - Çantasında gətirdiyi bıçaqla amansızca... - FOTO

Həkim həkimi xəstəxanada ÖLDÜRÜB - Çantasında gətirdiyi bıçaqla amansızca... - FOTO

Tarix: 10 Mart 2020 17:50

İstanbuldakı xəstəxanalardan birində çalışan həkim Dr. Yavuz Sümter, məslək yoldaşı Dr. Kaan Erolu 75 bıçaq zərbəsi ilə qətlə yetirib. 

Sonxeber.net DHA-ya istinadən xəbər verir ki, 2019-cu ilin sonlarında baş verən dəhşətli cinayətlə bağlı bəzi detallar ortaya çıxıb.

İddianamədə şübhəli Yavuz Sümterin məsləkdaşı ilə aralarında düşmənçilik olduğu qeyd edilir. Təqsirləndirilən şəxslə vəhşicəsinə qətlə yetirilən Kaan Erolun eyni xəstəxanada çalışdıqları bildirilir.

İş yerində baş verən bəzi hadisələrlə əlaqədar Yavuz Sümterin öldürdüyü yoldaşı ilə düşmənçilik etdiyi, bu səbəbdən də qətl günü Kaan Erolun növbətçi olduğu gecə saat 03:30 radələrində xəstəxnaya getdiyi ortaya çıxıb.

Şübhəli Yavuz Sümterin bel çantasında kiçik bir balta və qətldə istifadə etdiyi bıçaqla xəstəxanaya gedərək Kaan Erolun olduğu otağa daxil olub. Yavuz məsləkdaşına çantasından çıxartdığı bıçaqla 75 zərbə endirib. Xeyli qan itirən Kaan hadisə yerindəcə dünyasını dəyişib.

Təqsirləndirilən şəxs ifadəsində 3 aya yaxındır birlikdə çalışdığı mərhumun onun ünvanına tez-tez təhqiramiz ifadələr işlətdiyini iddia edib. Aralarındakı narazılığa aydınlıq gətirmək məqsədi ilə onunla danışmaq üçün xəstəxanaya getdiyini deyən Yavuz qarşı tərəfin yenidən təhqirə yol verdiyi üçün onu öldürdüyünü bildirib.

Təqsirli İstanbul Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılacaq.

Məhəmməd Vaqif


Etiketlər:  Həkim həkimi xəstəxanada ÖLDÜRÜB Çantasında gətirdiyi bıçaqla amansızca FOTO


RƏYLƏR