Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyada prezidentlik müddəti ilə bağlı məhdudiyyətin aradan qaldırılması təklif olunub

Rusiyada prezidentlik müddəti ilə bağlı məhdudiyyətin aradan qaldırılması təklif olunub

Tarix: 10 Mart 2020 18:06

Rusiyada hakim "Vahid Rusiya" partiyasının deputatı Valentina Tereşkova konstitusiya dəyişiklikləri çərçivəsində prezidentlik müddətinin sıfırlanmasını təklif edib.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, o, bu təkliflə Dövlət Dumasının plenar iclasında çıxış edib.

Deputat bildirib ki, prezidentlik müddəti ilə bağlı məhdudiyyətin aradan qaldırılması məqsədəuyğundur:

"Təklif edirəm ki, prezidentlik müddəti ilə bağlı məhdudiyyətlər götürülsün və ya yeni konstitusiya qüvvəyə mindikdən sonra qanunvericiliyə mövcud prezidentin digər vətəndaşlar kimi dövlət başçısı postuna seçilməsi hüququna malik olması barədə bənd əlavə olunsun".


Etiketlər:  Rusiyada prezidentlik müddəti ilə bağlı məhdudiyyətin aradan qaldırılması təklif olunub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ