Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Forbes'' milyarderlərin ötən gün nə qədər sərvət itirdiyini açıqladı

''Forbes'' milyarderlərin ötən gün nə qədər sərvət itirdiyini açıqladı

Tarix: 10 Mart 2020 20:40

Bir sıra ekspertlərin "qara bazar ertəsi" adlandırdığı martın 9-da "Forbes" jurnalının ilk onluğuna daxil olan milyarderlər ümumilikdə 38 milyard dollar varidat itirib.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu, dünya birjalarında qeydə alınan kəskin enişlə əlaqədar olub.

Ən çox pul itirən milyarder LVMH şirkətlər qrupunun prezidenti Bernar Arno olub. Gün ərzində onun 6 milyard dolları "yoxa çıxıb".

"Amazonun" təsisçisi Ceff Bezos 5,6 milyard dollar, "Berkshire Hathaway" investisiya şirkətinin rəhbəri Uorren Baffet 5,4 milyard dollar sərvət itirib.

Meksikalı biznesmen Karlos Slimin itkiləri 5 milyard dollar, "Facebook"un təsisçisi Mark Tsukerberqin itkiləri isə 4,2 milyard dollara bərabər olub.

Bundan başqa, "Zara" brendinin sahibi Amansio Orteqa 2,8 milyard, "Microsoft"un təsisçisi Bill Geyts 3,8 milyard dollar, "Google"un həmtəsisçisi Larri Peyc 3,3 milyard dollar, "Oracle" şirkətinin təsisçisi Larri Ellison 1,8 milyard məbləğində "kasıblayıb".


Etiketlər:  Forbes milyarderlərin ötən gün qədər sərvət itirdiyini açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ