Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyəli deputatlar koronavirusa görə yoxlamadan keçirilir

Türkiyəli deputatlar koronavirusa görə yoxlamadan keçirilir

Tarix: 11 Mart 2020 16:40

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə parlamentində deputatlar koronavirusa görə yoxlamadan keçirilir.

Trend-in məlumatına görə, xüsusi istilik kameraları vasitəsilə millət vəkillərinin temperaturu yoxlanılır.

Deputatlar arasında yoluxma faktı qeydə alınmayıb.

Qeyd olunur ki, Türkiyədə rəsmi şəxslər arasında mərasimlər zamanı əl sıxmaq aradan qaldırılıb.

Xatırladaq ki, bu günədək Türkiyədə koronavirusa (Covid-19) bir yoluxma halı təsdiq edilib.


Etiketlər:  Türkiyəli deputatlar koronavirusa görə yoxlamadan keçirilir


RƏYLƏR