Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Mart 2020 17:18
Sabah Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda səfərdə "Sevilya" ilə qarşılaşmalı olan "Roma" İspaniyaya gedə bilməyib.
Qol.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin rəsmi "Twitter" səhifəsi məlumat yayıb.
İspaniya hökumətinin koronavirusa görə İtaliyadan gələn təyyarələrə eniş icazəsi vermədiyinə görə səfər baş tutmayıb.
Qeyd edək ki, "Sevilya" - "Roma" oyunu Bakı vaxtı ilə 21:55-də start götürməlidir.