Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Mart 2020 18:06
Gürcüstan Futbol Federasiyasının (GFF) rəhbərliyi ölkə çempionatının bütün mərhələlərini aprelin 1-nə qədər dayandırmaq barədə qərar qəbul edib.
Sonxeber.net Day.Az-a istinadən bildirir ki, qərar GFF-in rəsmi saytında yerləşdirilib.
Federasiya yaydığı məlumatda belə bir addımın koronavirus təhlükəsi səbəbilə atıldığını açıqlayıb.
Son məlumata görə, Gürcüstanda 23 koronavirusa yoluxma faktı təsdiqini tapıb, 126 nəfər karantində, daha 46 nəfər isə stasionar tibb müəssisələrində həkim nəzarəti altındadır.
Qeyd edək ki, 2019-cu ilin sonunda Çində başlayan koronavirus epidemiyası hazırda dünyanın 90-dan çox ölkəsini sarıb və bütün dünyada ümumilikdə bu virusa yoluxanların sayı 110 mini, ölənlərin sayı isə 3 mini keçib.