Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İstanbulda qəzaya uğramış təyyarənin ''qara qutu''sunun araşdırılmasına dair ilkin hesabat hazırlanıb

İstanbulda qəzaya uğramış təyyarənin ''qara qutu''sunun araşdırılmasına dair ilkin hesabat hazırlanıb

Tarix: 11 Mart 2020 21:14

İstanbulun Sabiha Gökçən hava limanında qəzaya uğramış təyyarənin "qara qutu"sunun araşdırılmasına dair ilkin hesabat hazırlanıb.

Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin Nəqliyyatın Təhlükəsizliyinin Araşdırılması Mərkəzindən bildirilib.

Qeyd edilib ki, əldə olunan ilkin hesabat Anadolu Baş Prokurorluğuna göndərilib.

Almaniyada araşdırılan və təyyarənin qəza səbəbini bəlli edəcək hesabatın hazırlanmasına mərkəzin mütəxəssisləri ilə yanaşı, ABŞ-ın Mülki Aviasiya Təşkilatının və "Boing" şirkətinin əməkdaşları da cəlb olunublar.

Xatırladaq ki, bu il fevralın 5-də İzmir-İstanbul aviareysi üzrə hərəkət edən sərnişin təyyarəsi İstanbulun Sabiha Gökçən hava limanına sərt eniş edərkən uçuş-enmə zolağından çıxıb və üç hissəyə parçalanıb. Hadisə nəticəsində üç nəfər həlak olub.


Etiketlər:  İstanbulda qəzaya uğramış təyyarənin qara qutusunun araşdırılmasına dair ilkin hesabat hazırlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ