Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Mart 2020 21:56
Sena çayında suyun səviyyəsi qalxıb, çayın sahilindəki səkilərə giriş qadağan edilib. Çaya yaxın tunellər və yeraltı yollar bağlanıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, son günlər yağan yağışlar nəticəsində ölkənin bir çox əyalətlərində su basmalar olub.
Parisdə Sena çayında suyun səviyyəsi 4.20 metr qalxıb. Bununla bağlı çay sahilində təhlükəsizlik tədbirləri görülüb. Tuileries tuneli, eləcə də sahil yolları bağlanıb.
Xatırladaq ki, 2016-cı ildə Senada suyun səviyyəsi 6-10 metr qalxmışdı.