Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Mart 2020 22:16
Avstraliya hökuməti yeni koronavirusla mübarizəyə 2,4 milyard dollar (təqribən 1,56 milyard ABŞ dolları) yönəldəcək.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Avstraliyanın Baş Naziri Skott Morrison bəyan edib. "Avstraliyalıların sağlamlığını və rifahını qorumaq məqsədilə müəyyən edilmiş proqramların həyata keçirilməsi üçün bu gün biz 2,4 milyard dollar vəsait ayırdıq", - deyə Baş Nazir bildirib.
S.Morrison qeyd edib ki, həmin vəsaitin 1,2 milyard dolları (780 milyon ABŞ dollar) cari maliyyə ilində yeni koronavirusa qarşı mübarizə tədbirlərinə sərf olunacaq.
Baş Nazir, həmçinin bildirib ki, martın 11-dən başlayaraq Avstraliya İtaliyadan ölkəyə girişi dayandırır. Bununla yanaşı, İtaliyadan geri dönən Avstraliya vətəndaşları cəmiyyətdən təcrid ediləcəklər.