Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nazilə Səfərli efirdən uzaqlaşdırıldı

Nazilə Səfərli efirdən uzaqlaşdırıldı

Tarix: 12 Mart 2020 10:05

Şairə Nazilə Səfərli ARB TV-də aparıcısı olduğu "Ona qalsa" proqramından uzaqlaşdırılıb.

Sonxeber.net xəbər verir ki, onun verilişinin aparıcılığı prodüser Sayqa Cahidə tapşırılıb.

ARB TV-nin mətbuat katibi Ozal İbrahimli Axşam.az-a açıqlamasında məlumatı qismən təsdiqləyib:

"Bayram günlərində Nazilə Səfərlinin işləri olduğu üçün onun yeri boş qalmasın deyə, verilişi Sayqa Cahid aparacaq. Nazilə Səfərlinin efirdən uzaqlaşdırılması müzakirə mövzusu deyil. Bayramdan sonra aparıcılığına davam edəcək".

N.Səfərli isə bu barədə sualları cavablandırmayıb.

S.Cahidlə əlaqə saxlamaq istəsək də, o, telefona cavab verməyib.

Qeyd edək ki, "Ona qalsa" verilişi mövsümün ortasında "Üç əlli" proqramının əvəzinə həftəiçi beş gün olmaqla yayıma başlayıb.


Etiketlər:  Nazilə Səfərli efirdən uzaqlaşdırıldı


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ