Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İşədüzəltmədə vasitəçilik edən hüquqi şəxslərin vahid reyestri yaradılacaq

İşədüzəltmədə vasitəçilik edən hüquqi şəxslərin vahid reyestri yaradılacaq

Tarix: 12 Mart 2020 10:40

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işaxtaran və işsiz şəxslərin işə düzəlməsində vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslərin vahid reyestrini yaradacaq.

Nazirlikdən Sonxeber.net-a verilən məlumata görə, "Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı"na əsasən, həmin reyestrin yaradılması 2020-2021-ci illərdə təmin olunacaq.

Reyestr əsasında vahid informasiya bazası yaradıldıqdan sonra işədüzəltmədə vasitəçilik fəaliyyəti həyata keçirən hüquqi şəxslərlə qarşılıqlı məlumat mübadiləsi aparılacaq. Şirkətlər onlara müraciət edən işaxtaran və işsiz şəxslər, eyni zamanda işlə təmin etdikləri şəxslər barədə məlumatları və onlarda olan mövcud vakansiya siyahısını da reyestrə daxil edəcəklər.


Etiketlər:  İşədüzəltmədə vasitəçilik edən hüquqi şəxslərin vahid reyestri yaradılacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ