Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Mart 2020 15:14
İranda Tehran şəhərində yeni koronavirusla mübarizə komitəsinə 4 trilyon rial (təxminən 95,2 milyon dollar) vəsait ayrılıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu İran prezidentinin müavini, Plan və Büdcə Təşkilatının sədri Məhəmməd Baqir Nobəxt IRNA-ya açıqlamasında deyib.
M.Nobəxtin sözlərinə görə, ötən həftə də 5,3 trilyon rial (təxminən 126 milyon dollar) yeni koronavirusla mübarizə ilə əlaqədar milli komitəyə vəsait ayrılmışdı.
Nobəxt əlavə edib ki, ümumilikdə indiyə kimi 13,5 trilyon rial (təxminən 321 milyon dollar) vəsait koronavirusla mübarizəyə ayrılıb.
İran prezidentinin müavini bildirib ki, hökumət virusla mübarizədə az təminatlı ailələr üçün dəstək paketləri nəzərdə tutub. Bununla əlaqədar 21 martadək vəsaitlər ödənəcək.
Əlavə edək ki, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi İranda ötən günədək (11 mart) 9 min nəfərin yeni koronavirusa yoluxduğunu, 354 nəfərin öldüyünü və təxminən 3 min nəfərin sağaldığını təsdiqləyib.