Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanın İranla sərhədi bağlama müddəti uzadıldı - Operativ qərargah

Azərbaycanın İranla sərhədi bağlama müddəti uzadıldı - Operativ qərargah

Tarix: 12 Mart 2020 17:18

Bakı. Trend:

Azərbaycanın İranla sərhədinin bağlanması müddəti iki həftəlik uzadılıb.

Bu barədə Nazirlər Kabineti yanında operativ qərargahdan Trend-ə bildirilib.

Qərara əsasən, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının (COVİD-19) qlobal pandemiya elan olunduğunu nəzərə alaraq, Azərbaycan Respublikası ərazisində virusun yayılmasının qarşısını almaq məqsədilə 29 fevral 2020-ci il tarixində qəbul edilmiş İran İslam Respublikası ilə sərhədin məhdudlaşdırıcı rejim əsasında müvəqqəti bağlı saxlanmasına dair qərar növbəti iki həftə müddətinə uzadılıb.


Etiketlər:  Azərbaycanın İranla sərhədi bağlama müddəti uzadıldı Operativ qərargah


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ