Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

BOS Şelf ali texniki məktəblərin məzunları üçün təcrübə proqramına başlayır (FOTO)

BOS Şelf ali texniki məktəblərin məzunları üçün təcrübə proqramına başlayır (FOTO)

Tarix: 12 Mart 2020 17:39

Bakı. Trend:

BOS Şelf ölkənin qabaqcıl ali texniki məktəblərinin məzunları üçün təcrübə proqramına başlayır.

Trend-in məlumatına görə, Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun eksklüziv operatoru olan BOS Şelf MMC ölkənin qabaqcıl texniki ali məktəblərindən xüsusi olaraq seçilmiş tələbələr üçün təcrübə proqramına başlayır.

Şirkətdə təcrübə proqramına qoşulmaq üçün Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Azərbaycan Texniki Universitetinin və Xəzər Universitetinin ümumilikdə 14 tələbəsi seçilib.

Bu barədə, ali məktəblərin rəhbərləri ilə görüş zamanı BOS Şelf MMC-nin baş direktoru İxtiyar Axundov məlumat verib:

“Bu gün ölkəmizin gənc savadlı nümayəndələrinin potensiallarının tam açılması üçün dəstəyə ehtiyacları vardır, biz isə öz növbəmizdə bu insanlara ehtiyac duyuruq. Bütün fəaliyyətimiz boyu biz BOS Şelfdə zamanla ayaqlaşmağa çalışmışıq, bununla belə gələcəyə baxmağı da unutmuruq. Məhz buna görə də bu gələcəkdə yaşayacaq, təkmilləşəcək və inkişaf edəcək insanlara dəstək verməyi özümüzə borc hesab edirik”.

Onun sözlərinə görə, ali məktəb məzunlarının təcrübə proqramı yerli kadrların sonradan Azərbaycanın neft-qaz layihələri çərçivəsində işə cəlb olunması üçün praktiki hazırlanması və öyrədilməsi məqsədilə BOS Şelfdə yaradılmış və həyata keçirilməkdə olan “Gənc İstedadlar” layihəsinin bir hissəsinə çevriləcək:

“Yəqin ki, bir çox illər ərzində beynəlxalq miqyaslı layihələrdə iş zamanı BOS Şelfin qazandığı uğurların əsas səbəblərindən biri də yerli və əcnəbi kadrların uğurlu peşəkar simbiozu olmuşdur. Lakin bizim indi daha çox resurslarımız və imkanlarımız var, bu da bizə rəhbər vəzifələr də daxil olmaqla öz əcnəbi həmkarlarını əvəz etməyə qadir olan yeni nəsil mütəxəssislər yetişdirməyə şərait yaradır. Bu istiqamətdə atdığımız bir çox addımlardan yalnız biri olan BOS Şelfin təcrübə proqramı məhz bu məqsədi güdür. Beynəlxalq layihələr çərçivəsində milliləşdirmə üzrə dövlət siyasətinə sadiq qalmaqla biz gələcəkdə də ölkəmizin insan resurslarının işlə təmin olunması və inkişafı üçün əlimizdən gələni əsirgəməyəcəyik”.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Xəzər Universitetinin rektoru İradə Xəlilova və Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev öz çıxışlarında BOS Şelfin təşəbbüsünə öz dəstəklərini bildirib.

BOS Şelfin təcrübə proqramı bir il davam etməklə tələbələrə mühəndislik, tikinti-quraşdırma, planlaşdırma, SƏTƏM, keyfiyyətə nəzarət və keyfiyyətin qiymətləndirilməsi sahələrində praktiki təlim və peşəkar vərdişlərin qazanılması imkanları yaradacaq. Bütün təcrübəçilər əmək haqqı alacaq və tibbi sığorta ilə təmin olunacaqlar.

İlin yekununda BOS Şelfin mütəxəssisləri təcrübəçilərin qazandıqları nailiyyətləri, bilik və bacarıqları yoxlayıb qiymətləndirəcəklər. Proqramı uğurla tamamlayan məzunlar şirkətdən müvafiq setifikatlar və iş təklifləri alacaqlar.

Şirkət haqqında:

2001-ci ildə yaradılmış “BOS Şelf” MMC Azərbaycanın neft-qaz sektorunda aparıcı şirkətlərdən biri olmaqla dəniz neft-qaz qurğularının quraşdırılması üzrə ixtisaslaşıb.
Fəaliyyətə başladığı vaxtdan bu günə kimi BOS Şelf Azəri-Çıraq-Günəşli, Şahdəniz-2, Abşeron və digərləri daxil olmaqla Azərbaycanın bütün iri miqyaslı və mürəkkəb neft-qaz layihələrinin həyata keçirilməsində fəal iştirak edir.

Əsas tikinti layihələri ilə yanaşı şirkət buruq qurğularının, gəmilərin, nəqliyyat barjalarının modernizasiya işlərini uğurla həyata keçirir və həmçinin beynəlxalq şirkətlərin maddi-texniki təchizatı üçün logistik bazaların idarəedilməsi əməliyyatlarına rəhbərlik edir.

BOS Şelf 2012 –ci ildən başlayaraq Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun əsas operatorudur.

BOS Şelf ali texniki məktəblərin məzunları üçün təcrübə proqramına başlayır (FOTO) - Gallery Image BOS Şelf ali texniki məktəblərin məzunları üçün təcrübə proqramına başlayır (FOTO) - Gallery Image BOS Şelf ali texniki məktəblərin məzunları üçün təcrübə proqramına başlayır (FOTO) - Gallery Image BOS Şelf ali texniki məktəblərin məzunları üçün təcrübə proqramına başlayır (FOTO) - Gallery Image BOS Şelf ali texniki məktəblərin məzunları üçün təcrübə proqramına başlayır (FOTO) - Gallery Image BOS Şelf ali texniki məktəblərin məzunları üçün təcrübə proqramına başlayır (FOTO) - Gallery Image BOS Şelf ali texniki məktəblərin məzunları üçün təcrübə proqramına başlayır (FOTO) - Gallery Image BOS Şelf ali texniki məktəblərin məzunları üçün təcrübə proqramına başlayır (FOTO) - Gallery Image


Etiketlər:  BOS Şelf ali texniki məktəblərin məzunları üçün təcrübə proqramına başlayır FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ