Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Mart 2020 19:32
Almaniya İordaniyada yerləşdirdiyi "Tornado" kəşfiyyat təyyarələrini geri çəkərək İraqın qərbində havadan müdafiə üçün yeni sistem yaradır.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu barədə alman mediası məlumat yayıb. Bildirilib ki, yanacaq təminatını həyata keçirən təyyarələrin xidmət müddəti isə 31 marta qədər uzadılacaq.
Bundan əlavə, "Tornado"ların çıxarılması üçün kəşfiyyat uçuşlarını başqa bir ölkənin öz üzərinə götürməsi lazımdır. İlkin məlumata görə, İtaliya regionda belə bir uçuşlara başlamaq niyyətindədir.
Havadan müdafiə üçün radarların isə İraqın Eyn əl-Əsəd bazasında quraşdırılması planlaşdırırlır.
Bununla da koalisiyanın indiyə kimi radar nəzarəti ilə bağlı buraxdığı boşluğun doldurulması gözlənilir.