Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Blokçeyn əsaslı mesajlaşma tətbiqi: Session

Blokçeyn əsaslı mesajlaşma tətbiqi: Session

Tarix: 12 Mart 2020 23:20

Bu yazımızda sizə yeni nəsil sürətli mesajlaşma tətbiqi barədə məlumat vermək istəyirik. Məxfiliyinə maksimum səviyyədə diqqət yetirən istifadəçilər üçün hazırlanmış bu mesajlaşma tətbiqi "Session" adlanır. Tətbiq gələcəyin texnologiyası olaraq qəbul edilən Blokçeyn tərəfindən dəstəklənir. Bəs Session istifadəçilərə nə vəd edir?

Session-dan istifadə etmək üçün üzv olmağınıza ehtiyac yoxdur. Yəni WhatsApp və Telegram-dakı kimi telefon nömrənizi bu tətbiqetməyə qeyd etmək lazım deyil. Session avtomatik olaraq şəxsiyyət kodunu yaradır. "56779045af9a8bfvh ..." kimi şifrələr bu tətbiqetmədə şəxsiyyət kodunuzu  təşkil edir. Session vasitəsilə başqaları ilə danışmaq üçün bu kodu onlarla bölüşməlisiniz.

Sözügedən tətbiq açıq mənbəli quruluşu ilə diqqəti cəlb edir. İOS, Android və ya PC platforması vasitəsilə istifadə edilə bilən tətbiq telefonunuzda heç bir məlumat toplamadığı üçün bu informasiyaların pozulması və ya onların sızması riskini yaratmır.

Blokçeyn əsaslı mesajlaşma tətbiqi olan Session-un diqqətəlayiq xüsusiyyətlərindən biri də söhbətlərin tamamilə əlçatmaz olmasıdır. Yəni mərkəzləşdirilməmiş valyutalarda olduğu kimi, şifrəli mesajlar da heç bir şəkildə sızdırıla bilməz.

Bildirək ki, Session yeni yayımlanan və hələ inkişaf mərhələsində olan tətbiqdir. Ancaq bu tətbiq WhatsApp və ya Telegram-a alternativ olmaq potensialına malikdir. Bu proqram haqqında ətraflı məlumat almaq və yararlanmaq  istəyirsinizsə, buradakı linkdən istifadə edə bilərsiniz.


Etiketlər:  Blokçeyn əsaslı mesajlaşma tətbiqi Session


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ