Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şimali Afrikada və Yaxın Şərqdə koronavirusa qarşı tədbirlər gücləndirilir

Şimali Afrikada və Yaxın Şərqdə koronavirusa qarşı tədbirlər gücləndirilir

Tarix: 13 Mart 2020 07:08

Artıq pandemiyaya çevrilən koronavirus Şimali Afrika və Yaxın Şərq ölkələrində də geniş yayılmaqdadır.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Səudiyyə Ərəbistanı 39 ölkə, o cümlədən Avropa İttifaqı dövlətləri vətəndaşlarının ölkəyə girişini müvəqqəti olaraq dayandırıb. Krallığın Səhiyyə Nazirliyi COVID-19 virusuna yoluxanların sayının 45-ə çatdığını elan edib.

Misirdə koronavirusa yoluxanların sayı artaraq 69-a çatıb. Bu ölkənin Səhiyyə Nazirliyi ölkənin dəniz limanlarında və aeroportlarında nəzarəti gücləndirib. Mədəniyyət Nazirliyi bütün kütləvi tədbirlərin təxirə salındığını elan edib. Hər il region ölkələrinin iştirakı ilə keçirilən Süveyş İqtisadi Forumu da başqa vaxta keçirilib. Şimali Afrika ölkələrindən Tunisdə daha üç nəfər virusa yoluxub. Əlcəzairdə yoluxanların sayı 19-a çatıb, Mərakeşdə isə ilk yoluxma halı qeydə alınıb.

Küveyt son 24 saatda 8 insanın virusa yoluxduğunu, xəstələrin sayının 80-ə çatdığını bəyan edib. Hökumət aeroportlarda nəzarət tədbirlərini gücləndirib.
İraqda koronavirusa yoluxanların sayının 68 olduğu, onların əksəriyyətinin İrandan gəldiyi bildirilir. Ölkənin şimalındakı kürd bölgəsində Novruz şənlikləri ləğv olunub. Kərbəla ziyarəti üçün qonşu ölkələrdən gələn zəvvarların girişinə məhdudiyyət qoyulub.

Oman, Bəhreyn, İordaniya, Birləşmiş Ərəb Əmirliklərində də bu təhlükəli virusa qarşı profilaktik tədbirlər görülür.


Etiketlər:  Şimali Afrikada Yaxın Şərqdə koronavirusa qarşı tədbirlər gücləndirilir


RƏYLƏR